Yuxarı

Baş Prokurorluq Şabranda baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar məlumat yayıb

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

Bakı. 4 dekabr. REPORT.AZ/ Şabran şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi