Baş Prokurorluq: "Sabiq deputatın Bakıda ağacları kəsdirməsi ilə bağlı araşdırmalara başlanılıb"

Baş Prokurorluq: "Sabiq deputatın Bakıda ağacları kəsdirməsi ilə bağlı araşdırmalara başlanılıb" Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacların kəsməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Hadisə
7 Yanvar , 2022 12:49
Baş Prokurorluq: Sabiq deputatın Bakıda ağacları kəsdirməsi ilə bağlı araşdırmalara başlanılıb

Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır: "Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, N.Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.

Nəriman Əliyev
Nəriman Əliyev

Son xəbərlər

Orphus sistemi