Baş Prokurorluq Operativ Qərargahın tələblərinə əməl olunması məsələlərini müzakirə edib

Baş Prokurorluq Operativ Qərargahın tələblərinə əməl olunması məsələlərini müzakirə edib 2021-ci ilin I yarımilində koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar prokurorluq orqanları tərəfindən yerli polis, digər hüquq mühafizə, icra orqanları və tibb müəssisələri ilə əlaqəli surətdə həyata tədbirlər keçirilib
Hadisə
169
23 İyul , 2021 18:15
Baş Prokurorluq Operativ Qərargahın tələblərinə əməl olunması məsələlərini müzakirə edib

2021-ci ilin I yarımilində koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar prokurorluq orqanları tərəfindən yerli polis, digər hüquq mühafizə, icra orqanları və tibb müəssisələri ilə əlaqəli surətdə həyata tədbirlər keçirilib.

"Report"un xəbərinə görə, Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində hesabat dövründə əhalinin peyvəndlənməsinin aparılması, eləcə də toy-nişan şənliklərinin keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunması, əhalinin sanitariya-epidemioloji salamatlığının qorunmasının hüquqi vasitələrlə təmini sahələrində prokuror nəzarəti tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Son xəbərlər

Orphus sistemi