Baş Prokurorluq: Mingəçevirdə arvadını özünü öldürmə həddinə çatdıran ər həbs olunub

Baş Prokurorluq: Mingəçevirdə arvadını özünü öldürmə həddinə çatdıran ər həbs olunub Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
22 Aprel , 2017 14:40
Baş Prokurorluq: Mingəçevirdə arvadını özünü öldürmə həddinə çatdıran ər həbs olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 19-da Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü İsmayılova Aynurə Xalid qızının yaşadığı evdə bıçaqla qarın nahiyəsinə xəsarət yetirərək özünü öldürməyə cəhd etməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilib ki, A.İsmayılovanın özünü öldürməyə cəhd etməsinə səbəb əri İsmayılov Eldəniz Allahverən oğlunun onu mütəmadi olaraq ləyaqətini alçaltması və amansız rəftar edərək döyməsi olub.

Müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təqdim olunan A.İsmayılovanın bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izi aşkar edilib.

E.İsmayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunuub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi