“Meşələrdə əsasən yaşlı, şəhər ərazilərində isə yeni əkilmiş ağaclar kəsilir”.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Ekologiyanın mühafizəsi" mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün növ ağaclar kəsilir: "Məsələn, bu yaxınlarda Gəncədə 107 sm-lik ağac kəsilmişdi. Bir əsrə bərabər yaşı var idi. Bu, əsl faciədir. Kəsilən ağaclardan Xan çinarı, qovaq ağacı kimi növlərə rast gəlmişik. Bundan əlavə, kolların da məhv edilməsi qəbuledilməzdir. Biz mütəmadi olaraq icra hakimiyyətlərinə və xüsusən də bələdiyyə sədrlərinə təqdimatlarımızı veririk. Bu halların baş verməsinə görə bələdiyyə sədrləri məsuliyyət daşıyır".