Baş Prokurorluq: "İndiyədək Amnistiya Aktı 1 500-ə yaxın məhkuma şamil olunub"

Baş Prokurorluq: "İndiyədək Amnistiya Aktı 1 500-ə yaxın məhkuma şamil olunub" "Aparılmış təhlillərə əsasən, 1 500-ə yaxın məhkum barəsində Amnistiya Aktı artıq tətbiq edilib".
Hadisə
24 Noyabr , 2021 10:04
Baş Prokurorluq: İndiyədək Amnistiya Aktı 1 500-ə yaxın məhkuma şamil olunub

"Aparılan təhlillərə əsasən, Amnistiya Aktı artıq 1 500-ə yaxın məhkum barəsində tətbiq edilib".

"Report"un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

O bildirib ki, təqdim olunan statistik rəqəmlər növbəti gün və aylarda dəyişəcək: "Mövcud vəziyyətə əsasən, Amnistiya Aktının tətbiq olunduğu şəxslərin 70 faizi cəzaçəkmə müəssisələrinin, o cümlədən 18 faizi məntəqə tipli cəzaçəkmə müəssisələri, qalan hissəsi probasiya xidmətinin payına düşür, sonuncu sürətli templə artmaqdadır. Məhkumların 78 faizi Bakı, 8 faizi Salyan, 3 faizi Sumqayıt, qalanı isə bölgələrdə yerləşən cəzaçəkmə müəssisələrində cəzalarını çəkirdilər.

Cəzaçəkmə müəssisələrinə və cəzanı icra edən qurumlara gəldikdə amnistiyanın tətbiq olunduğu qadın və kişilərin göstəricisi tərs mütənasibdir. Amnistiya Aktını məhkum qadınlar barəsində 75-25 faiz nisbətində əsasən probasiya orqanları tətbiq edirsə, kişilər barəsində Amnistiya Aktını tam əks nisbətdə və əsasən cəzaçəkmə qurumları tətbiq edir".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi