Baş Prokurorluq erkən nikahlarla bağlı vətəndaşlara müraciət edib

Hadisə
  • 24 fevral, 2022
  • 08:03
Baş Prokurorluq erkən nikahlarla bağlı vətəndaşlara müraciət edib

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva erkən nikahlarla bağlı vətəndaşlara videomüraciət edib.

Qurumun Mətbuat Xidmətindən "Report"a bildiirlib ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların anadan gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

"Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır", - videomüraciətdə qeyd edilib.

Baş Prokurorluq erkən nikahlarla bağlı vətəndaşlara müraciət edib