​Baş Prokurorluq “Azadlıq” Radiosunun Bakı bürosunda aparılan axtarışla bağlı açıqlama verib

​Baş Prokurorluq “Azadlıq” Radiosunun Bakı bürosunda aparılan axtarışla bağlı açıqlama verib "Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil"
Hadisə
26 Dekabr , 2014 12:46
​Baş Prokurorluq “Azadlıq” Radiosunun Bakı bürosunda aparılan axtarışla bağlı açıqlama verib

Bakı. 26 dekabr. REPORT.AZ/ Baş Prokurorluğun əməkdaşları “Azadlıq” Radiosunun Bakı bürosunda axtarışa başlayıblar. “Report”un xəbərinə görə, bu barədə radionun rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilib ki, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”.

Son xəbərlər

Orphus sistemi