Baş Prokurorluq: “Ağackəsməyə görə sahibkarlar və şirkətlər tərəfindən 1,5 milyon manat ziyan ödənilib”

Baş Prokurorluq: “Ağackəsməyə görə sahibkarlar və şirkətlər tərəfindən 1,5 milyon manat ziyan ödənilib” "Təkcə bu yarım ildə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması və qanunsuz ağckəsmə nəticəsində dəymiş ziyan könüllü olaraq sahibkarlar və şirkətlər tərəfindən 1,5 m
Hadisə
7 İyul , 2023 11:19
Baş Prokurorluq: “Ağackəsməyə görə sahibkarlar və şirkətlər tərəfindən 1,5 milyon manat ziyan ödənilib”
Elnur Musayev

"Təkcə bu yarım ildə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması və qanunsuz ağckəsmə nəticəsində dəymiş ziyan könüllü olaraq sahibkarlar və şirkətlər tərəfindən 1,5 milyon manat ziyan ödənilib".

"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Ekologiyanın mühafizəsi" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində toplanan sübutlar qarşısında qanun pozuntusuna yol vermiş şəxslər qanunsuz əməllərini etiraf edib: "Qanun pozuntusuna yol verən şəxslərin məsuliyyət məsələləri həll olunmaqla yanaşı ziyanın ödənilməsi və ətraf mühitə dəymiş ziyanın bərpa olunmasına dair kompleks tədbirlər görülüb. Prokurorluqda qanunsuz ağackəsmə halları ilə bağlı cinayət işləri və inzibati xəta haqqında icraatlar başlanılır".

Son xəbərlər

Orphus sistemi