Baş Prokurorluğun istintaq idarəsi ictimai rezonansa səbəb olan cinayət işlərindən 11-ni məhkəmələrə göndərib

Baş Prokurorluğun istintaq idarəsi ictimai rezonansa səbəb olan cinayət işlərindən 11-ni məhkəmələrə göndərib Bakı. 30 iyul. REPORT.AZ/ Baş Prokurorluğun digər hüquq-mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi birgə əlaqəli işin nəticəsində qeydə alınan 77 qəsdən adam öldürmə cinayətlərindən 74 hadisənin açılması təmin olunub.
Hadisə
30 İyul , 2018 16:56
Baş Prokurorluğun istintaq idarəsi ictimai rezonansa səbəb olan cinayət işlərindən 11-ni məhkəmələrə göndərib

Bakı. 30 iyul. REPORT.AZ/ Baş Prokurorluğun digər hüquq-mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi birgə əlaqəli işin nəticəsində qeydə alınan 77 qəsdən adam öldürmə cinayətlərindən 74 hadisənin açılması təmin olunub.

“Report”un xəbərinə görə, bu barədə Baş Prokurorluqda bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov məlumat verib.

Məlumata görə, Sumqayıt şəhər, Tovuz və Göygöl rayon prokurorluqlarının hər biri üzrə 1 hadisə olmaqla 3 qəsdən adam öldürmə cinayəti bağlı qalıb. Həmin işlər üzrə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 21 şəxs barəsində 11 iş üzrə yüksək peşəkarlıqla istintaq yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Son xəbərlər

Orphus sistemi