Baş Polis İdarəsi Bakıdakı sıxlığın səbəblərini açıqlayıb

Baş Polis İdarəsi Bakıdakı sıxlığın səbəblərini açıqlayıb Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur
Hadisə
16 Dekabr , 2015 12:51
Baş Polis İdarəsi Bakıdakı sıxlığın səbəblərini açıqlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, son günlər mərkəzi küçələrdə olan sıxlıq, yeni asfalt örtüyünün dəyişdirilməsi və təmir-bərpa işləri ilə əlaqədardır: "Paytaxtın mərkəzi küçələrindən olan Z.Əliyeva, Puşkin, Xəqani, Bülbül və bu küçələrə bitişik digər küçə və prospektlərdə yeni asfalt örtüyünün çəkilişinə başlanıldığı üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Bununla əlaqədar mərkəzin digər küçələrində avtomobil sıxlığının yaranmaması üçün sürüclərdən alternativ yollardan və yaxud adı çəkilən küçələr üzrə avtomobillərin hərəkətində çətinliklər yaşandığı üçün ictimai nəqliyyatdan istifadə edilməsi tövsiyə olunur. Adı çəkilən küçələrdə nəqliyyat sıxlığının yaşanmaması, eləcə də bu küçə ilə Bayıl, Azneft, 20-ci sahə istiqamətində hərəkət etmək istəyənlər üçün alternativ yol kimi Gənclik stansiyası ətrafı küçələr və Z.Bünyadaov, M.Müşfiq dairəsi, Badamdar qəsəbəsi yollarından istifadə edə bilərlər".

Son xəbərlər

Orphus sistemi