Yuxarı

​Baş Mühafizə İdarəsinin keçmiş əməkdaşına hökm oxunub

Mobil Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mobil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin (BMİ) keçmiş əməkdaşı olan M.Süleymanov Qəşəm Əliyev və Almaz Zeynalovadan ümumilikdə 14 min manat pul alıb. Təqsirləndirilən şəxs Q.Əliyev və A.Zeynalovanın oğlunu BMİ-yə işə düzəldəcəyinə söz versə də, buna əməl etməyib və pulu tam qaytarmaqdan boyun qaçırıb. M.Süleymanov dələduzluq yolu ilə aldığı puldan yalnız 8 min 500 manatı geri qaytarıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi