Baş İdarə əməliyyat keçirib, 40 kiloqram narkotik vasitə aşkarlanıb

Baş İdarə əməliyyat keçirib, 40 kiloqram narkotik vasitə aşkarlanıb DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
28 Noyabr , 2024 11:41
Baş İdarə əməliyyat keçirib, 40 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdə əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin daha bir neçə üzvü - əvvəllər məhkum olunmuşlar 45 yaşlı Bəxtiyar Fətullayev, 32 yaşlı Kənan Məmmədov, həmçinin 35 yaşlı Rövşən Cəfərov və 44 yaşlı Nazim Qələndərov saxlanılıblar.

Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən ümumilikdə 40 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Masallı və Siyəzən rayonları, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Saxlanılanların hər biri Azərbaycanda narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi