Baş həkimin müavini Qubada doğum zamanı ananın ölümü ilə bağlı məsələyə aydınlıq gətirib

Baş həkimin müavini Qubada doğum zamanı ananın ölümü ilə bağlı məsələyə aydınlıq gətirib Baş həkimin müavini: "Uşaqlığın atoniyası iki min hamilə qadından birində baş verir"
Hadisə
7 İyun , 2016 14:27
Baş həkimin müavini Qubada doğum zamanı ananın ölümü ilə bağlı məsələyə aydınlıq gətirib

Quba. 7 iyun. REPORT.AZ/ Quba Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkiminin müavini doğuş zamanı dünyasını dəyişən 24 yaşlı Aynurə Ayəddin qızı Abasovanın ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Baş həkimin müavini bildirib ki, xəstənin sağ qalması üçün xəstəxananın bütün həkimləri səfərbər olub: "Ananın vəziyyəti yaxşı idi, doğuş normal həyatə keçirilmişdi. Qəfildən onun halı pisləşdi və xəstədə qanaxma başladı. Həkimlər dərhal müdaxilə etsələr də, qanaxmanın qarşısnı almaq mümkün olmayıb. Xəstədə uşaqlığın boşalması (atoniya) qeydə alınıb və ana keçinib".

Baş həkimin müavini əlavə edib ki, uşaqlığın atoniyası iki min hamilə qadından birində baş verir: "Uşaqlığın atoniyası (uşaqlığın yığılmaması) nəticəsində böyük qanitirmə halları baş verir. Aynurə Abbasovada da bu hal müşahidə olunub və onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, ötən gün Quba Rayon Mərkəzi Xəstəxanasında rayonun Püstəqasım kənd sakini 1991-ci il təvəllüdlü Aynurə Ayəddin qızı Abbasova doğum zamanı dünyasını dəyişib. Bu, Aynurə Abasovanın ilk doğuşu idi. O, Taleh Abasovla 1 il 2 ay idi ki, ailə həyatı qurmuşdu.

Son xəbərlər

Orphus sistemi