Yuxarı

Baş həkimə qarşı 125 min manat dələduzluq edən şəxslərə hökm oxunub

​Baş həkimə qarşı 125 min manat dələduzluqda ittiham edilənlərə hökm

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Elxan Hümbətova 12 il, Rövşən Əliyevə 9 il, Hətəmxan Çobanova isə 8 il azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxslər, həmçinin yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə təqsirli biliniblər.

Zərərçəkmiş şəxslərdən biri Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdur. Təqsirləndirilənlər isə bildiriblər ki, Mübariz Zeynalovdan 125 min manatı şantaj yolu ilə deyil, Sumqayıt şəhərinə baş həkim vəzifəsinə düzəltmək adı ilə alıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi