Baş Dövlət Yol Polis İdarəsi Mingəçevirdə reyd keçirib - FOTO

Baş Dövlət Yol Polis İdarəsi Mingəçevirdə reyd keçirib - FOTO Mingəçevir. 16 İyun. REPORT.AZ/ Baş Dövlət Yol Polis İdarəsi Mingəçevirdə təbliğat xarakterli reyd təşkil edib.
Hadisə
16 İyun , 2018 23:32
Baş Dövlət Yol Polis İdarəsi Mingəçevirdə reyd keçirib - FOTO
Foto: "Report"

Mingəçevir. 16 İyun. REPORT.AZ/ Baş Dövlət Yol Polis İdarəsi Mingəçevirdə təbliğat xarakterli reyd təşkil edib.

"Report"un Şirvan bürosu xəbər verir ki, reyddə idarənin əməkdaşları, o cümlədən Yol Patrul Xidməti alayı, eləcə də Mingəçevir və Yevlax şəhərlərinin yol polisinin əməkdaşları iştirak edib.

Mingəçevir şəhərində 4 istiqamət üzrə təşkil olunan reyd əsasən təbliğat xarakterli olub. Reydlə bağlı "Report"un Şirvan bürosuna açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Şöbəsinin dövlət avtomobil müfəttişi Mahir Nağıyev bu cür reydlərin xidməti fəaliyyət planına uyğun ölkənin bütün bölgələrində davam etdiriləcəyini vurğulayıb:

"Əsas məqsəd kobud qayda pozucularına qarşı mübarizənin gücləndirilməsi üçün təbliğat vasitələrindən yararlanmaqdır. Yəni kobud qayda pozucularının müəyyən olunaraq sürücülərin xəbərdar edilməsi və onların qanunçuluğun tələblərinə uyğun olaraq bir daha maarifləndirilməsidir".

Qeyd edək ki, reyd zamanı bir sıra qayda pozuntusu halları müşahidə olunub. Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə edən sürücülər aşkar olunub. Eyni zamanda avtomobillərə müəyyən qurğular quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə marifləndirici söhbətlər aparılaraq ciddi xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi