Barışmaq istəməyən keçmiş arvadına 7 bıçaq zərbəsi vurdu

Barışmaq istəməyən keçmiş arvadına 7 bıçaq zərbəsi vurdu Bakıda keçmiş arvadını və qaynını öldürməyə cəhddə təqsirləndirilən Elmar Qırxlarovun cinayət işi üzrə məhkəmə prosesi başlayır
Hadisə
2764
6 Avqust , 2020 12:24
Barışmaq istəməyən keçmiş arvadına 7 bıçaq zərbəsi vurdu

Bakıda keçmiş arvadını və qaynını öldürməyə cəhddə təqsirləndirilən Elmar Qırxlarovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası avqustun 12-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il dekabrın 7-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib. 31 yaşlı Elmar Mərdan oğlu Qırxlarov 21 yaşlı Ayşən Abil qızı Qırxlarovaya 7 bıçaq və onun 25 yaşlı qardaşı İlkin Abil oğlu Mənsimliyə isə bir bıçaq zərbəsi vurub.

E.Qırxlarova Cinayət Məcəlləsinin 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Sonuncu onu tərk edərək, qardaşı ilə yaşayıb. E.Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib, hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

Orphus sistemi