Banklara külli miqdarda borcu olan Azərbaycan vətəndaşı Gürcüstana qaçmaq istəyərkən saxlanılıb

Banklara külli miqdarda borcu olan Azərbaycan vətəndaşı Gürcüstana qaçmaq istəyərkən saxlanılıb Səməd Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub
Hadisə
140
12 Oktyabr , 2015 16:43
Banklara külli miqdarda borcu olan Azərbaycan vətəndaşı Gürcüstana qaçmaq istəyərkən saxlanılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə Azərbaycandan qaçan şəxs sərhəddə saxlanılıb. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumata əsasən, oktyabrın 11-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi