Banklara borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulan şəxs Rusiyaya qaçmaq istəyərkən saxlanılıb

Banklara borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulan şəxs Rusiyaya qaçmaq istəyərkən saxlanılıb Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir
Hadisə
9 Yanvar , 2018 14:30
Banklara borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulan şəxs Rusiyaya qaçmaq istəyərkən saxlanılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyətini davam etdirir.

DSX-nın Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, yanvarın 5-də Azərbaycan vətəndaşı 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi