Bankın 90 min manat pulunu mənimsəməkdə təqsirləndirilən inkassatorun məhkəməsi başlayıb

Bankın 90 min manat pulunu mənimsəməkdə təqsirləndirilən inkassatorun məhkəməsi başlayıb Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şahin Mövsümovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
20 Sentyabr , 2018 17:27
Bankın 90 min manat pulunu mənimsəməkdə təqsirləndirilən inkassatorun məhkəməsi başlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şahin Mövsümovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin məhkəməyə gəlmədiyi elan olunub.

Proses sentyabrın 21-dək təxirə salınıb.

İttiham aktına əsasən, Ş.Mövsümov "Bank Respublika"nın sabiq əməkdaşı olub. O, həmin bankda inkassator vəzifəsində çalışıb.

Cinayət materiallarına görə, Ş.Mövsümov bankın 90 min manat pulunu mənimsəyib.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ş.Mövsümov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi