Yuxarı

​“Bank Technique” zavodu məhkəməyə verib

Sabunçu Rayon Məhkəməsi iddianı qismən təmin edib

Bakı. 7 noyabr. REPORT.AZ/ “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC) “İnşaat Konstruksiyaları Zavodu” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, bank zavoda qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması barədə tələb irəli sürüb.

Sabunçu Rayon Məhkəməsi iddianı qismən təmin edib.

Qərarla razılaşmayan “İnşaat Konstruksiyaları Zavodu” apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi