​“Bank Technique” məhkəməyə verilib

​“Bank Technique” məhkəməyə verilib MMC kredit borcunun silinməsini tələb edir
Hadisə
17 Sentyabr , 2015 16:31
​“Bank Technique” məhkəməyə verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ "İnteryer-S" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Bank Technique” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report” xəbər verir ki, MMC kredit müqaviləsinə əsasən borcunun silinməsini tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "İnteryer-S" şirkəti izləmə kameralarının quraşdırılması və sazlanması işi ilə məşğul olur. “Bank Technique” isə 1994-cü ildə “Rəşadbank” adı altında fəaliyyətə başlayıb, 4 il sonra “Texnika Bank”, 2012-ci ildən isə “Bank Technique” adlandırılıb.

Son xəbərlər

Orphus sistemi