Yuxarı
    Bağlamaq

    “Bank Melli İran” Bakı filialı Milli Gəlirlər Departamentini məhkəməyə verib

    İşə Bakı Apellyasiya Məhkəməsində baxılır

    Bakı. 19 iyun. REPORT.AZ/ “Bank Melli İran” Bakı filialı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentini məhkəməyə verib.

    “Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank qərarların ləğv edilməsi barədə tələb irəli sürüb.

    Məhkəmə iddia tələbini təmin etməyib. Qərardan narazı qalan “Bank Melli İran” Bakı filialı apellyasiya şikayəti verib.

    İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

    İddia ərizəsində üçüncü şəxs qismində Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondu ASC göstərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi