"Bandotdel" əməliyyat keçirdi, saxlanılan var

"Bandotdel" əməliyyat keçirdi, saxlanılan var Abşeron rayon sakinində silah-sursat aşkarlanıb.
Hadisə
25 Aprel , 2020 13:35
Bandotdel əməliyyat keçirdi, saxlanılan var

Abşeron rayon sakinində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu, Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd BM markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi