Xəzərdə batan gəncin cəsədi tapılıb - YENİLƏNİB

Xəzərdə batan gəncin cəsədi tapılıb - YENİLƏNİB Rezin qayıqla Xəzərdə balıq tutmağa çıxan Namiq Nəzərov suda boğulub
Hadisə
30 Aprel , 2016 14:28
Xəzərdə batan gəncin cəsədi tapılıb - YENİLƏNİB

Bakı. 30 aprel. REPORT.AZ/ Balıq tutmaq məqsədilə qayıqla Xəzər dənizinə çıxan şəxsin cəsədi tapılıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq  batan 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. N.Nəzərovun meyti ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə tapılıb.

*** 11:05

Bakıda balıq tutmaq məqsədilə qayıqla dənizə çıxan şəxs batıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batıb. Hadisə ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi