Balakəndə avtomobil körpüdən çaya aşıb
Hadisə
- 10 yanvar, 2023
- 07:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Balakən rayonunda yolların buzlu olması səbəbindən sürüşən avtomobil Katex çayı üzərindəki körpüdən çaya aşıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "BMW" markalı minik avtomobili Katex körpüsü üzərində yolun buzlu olması səbəbindən idarəetmədən çıxıb.
Nəticədə avtomobil körpünün dəmir məhəccərlərini qıraraq çaya aşıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:28
EBRD Ermənistanın gömrük və sərhəd buraxılış məntəqələrinin təkmilləşdirilməsinə 19,6 milyon avro ayıracaq
Region
12:28
Şahin Bayramov: Qarabağ Universitetinin azad edilmiş ərazilərdə yaradılması dünyaya mühüm mesajdır
Elm və təhsil
12:23
Deputat: Sumqayıtda yaşayış binalarının istilik sistemlərinin yenilənməsinə ehtiyac var
Milli Məclis
12:21
Alban-Udi xristian dini icmasının üzvləri Amaras monastırını ziyarət ediblər
Din
12:18
Donald Tramp: Filippin ilə əlamətdar ticarət sazişi bağladıq
Digər ölkələr
12:16
Milli Məclis 2027-ci ilin büdcə zərfinin I oxunuşda müzakirəsini yekunlaşdırıb
Milli Məclis
12:15
Milli Məclis ictimai birlik və fondların yalnız bir növdə yaradılması haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib
Milli Məclis
12:15
SOCAR: Naxçıvana yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir
Energetika
12:12
Vadeful: Ukrayna üzrə danışıqlar Avropanın iştirakı olmadan nəticə verməyəcək
Digər ölkələr