Balaxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb

Balaxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb Bakının Sabunçu rayonunun Balaxanı işıqforu adlanan ərazisində Mercedes və VAZ-2107 markalı avtomobillər toqquşub.
Hadisə
12 Avqust , 2019 03:47
Balaxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb

Bakının Sabunçu rayonunun "Balaxanı işıqforu" adlanan ərazisində "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

“Report” xəbər verir ki, nəticədə "VAZ"ın 24 yaşlı sürücüsü Musayev Elşad Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ona alının kəsiyi və əziyi, sol dirsəyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı polisə məlumat verilib və araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi