Yuxarı

​Balakəndə yerli sakindən odlu silah gülləsi və narkotik vasitə götürülüb - FOTO

Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib

Bakı. 5 aprel. REPORT.AZ/ Balakəndə rayon sakininin evindən odlu silah gülləsi və narkotik vasitə götürülüb.

"Report" xəbər verir ki, Balakən rayon Polis şöbəsinə daxil olmuş məlumat əsasında rayonun 31 yaşlı Püştətala kənd sakini Məmməd Emçiyevin yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə onun yaşadığı evin həyətyanı sahəsinin müxtəlif hissələrində aqrotexniki qaydada əkilən və xüsusi qulluq olunmuş ümumilikdə 487 ədəd narkotik bitki sayılan çətənə kolları bitkisinin ştilləri, yaşadığı evdən isə 2 kq. 715 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və TOZ-8 odlu silahının 46 ədəd gülləsi aşkar edilərək götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib. M. Emçiyev tutularaq istintaqa təhvil edilib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi