Yuxarı

​Balakəndə vətəndaşa məxsus tikilidə yanğın olub

Yanğın Kortalar kəndində baş verib

Bakı. 15 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Balakən rayonunun Kortalar kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş taxta konstruksiyadan ibarət hamamın yanar konstruksiyaları yanıb.

Yanğından yaxınlıqdakı digər tikililər mühafizə olunub. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi