Balakəndə şəhidin xatirə muzeyində yanğın olub
Hadisə
- 15 oktyabr, 2024
- 06:10
Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kortala kəndində qeydə alınıb.
Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.
Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı mal tövləsinə də keçib.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:05
Bitkoin həftə ərzində 23% bahalaşaraq may ayından bəri ən yüksək səviyyəyə çatıb
İqtisadiyyat19:44
Çimərlik güləşi üzrə Azərbaycan millisi Bakıda keçiriləcək yarışlara hazırlığı davam etdirir
İdman19:41
Şahzadə Harri və daha 6 iddiaçı "Daily Mail" naşirinə 9,54 milyon funt ödəyəcək
Digər ölkələr19:36
Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub
Fərdi19:32
Zelenski Krivoy Roqa endirilən zərbəni terror aktı adlandırıb, yaralananların sayı 90-ı ötüb - YENİLƏNİB
Digər ölkələr19:31
Foto
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib
İdman19:24
İsrailin Ben-Qurion hava limanı əməkdaşlarının tətil etmələri barədə məlumat təkzib olunub
Digər ölkələr19:19
Yaponiyada Takaiçinin baş nazirliyi dövründə ilk dəfə ölüm hökmü icra edilib
Digər ölkələr19:14
Video