Balakəndə qardaş bacısını bıçaqlayıb

Balakəndə qardaş bacısını bıçaqlayıb Balakəndə qardaş bacısına xəsarət yetirib
Hadisə
12 Mart , 2024 09:29
Balakəndə qardaş bacısını bıçaqlayıb

Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya bıçaqla xəsarət yetirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qadın xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi