Balakəndə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

Balakəndə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Faiq Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
20 Aprel , 2021 14:47
Balakəndə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Faiq Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Balakən Rayon Məhkəməsinə göndərilən iş hakim Zamin Tahirovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında rayonunun Heydər Əliyev prospektində baş verib.

Balakən rayon sakini Faiq İbrahim oğlu Həşimov idarə etdiyi “VAZ-2107” markalı 90 HO 133 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən şəhər sakini, 1958-ci il təvəllüdlü Bəxtiyar Əmrullah oğlu Osmanovu vurub.

Qəza zamanı ağır qapalı kəllə-beyn travması alan B.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, bir neçə saat sonra aldığı ağır xəsarətlərdən orada dünyasını dəyişib.

F.Həşimova Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi