Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib Bayram Məmmədov aldığı çoxsaylı bədən xəsarətlərindən xəstəxanada ölüb
Hadisə
9 Noyabr , 2016 13:29
Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 9 noyabr. REPORT.AZ/ Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un məlumatına görə, hadisə rayonun Qazbinə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakinləri Bəşir Sibixanovun idarə etdiyi "KamAZ" markalı yük maşını və Bayram Xəmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Hadisə zamanı ağır bədən xəsarətləri alan B.Xəmmədov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb. B.Məmmədov aldığı çoxsaylı bədən xəsarətlərindən xəstəxanada ölüb. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi