Balakəndə narkotik yetişdirən qohumlar saxlanılıblar

Balakəndə narkotik yetişdirən qohumlar saxlanılıblar Balakən. 21 iyun. REPORT.AZ/ Balakəndə narkotik yetişdirən qohumlar saxlanılıblar.
Hadisə
21 İyun , 2018 11:00
Balakəndə narkotik yetişdirən qohumlar saxlanılıblar
0 : 00
0 : 00

Balakən. 21 iyun. REPORT.AZ/ Balakəndə narkotik yetişdirən qohumlar saxlanılıblar.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar. Rayonun Talalar kənd sakini Mikayıl Puçaxova məxsus həyətyanı sahəyə baxış keçirilən zaman orada istixanalarda aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd narkotik tərkibli çətənə bitkisi şitilləri, 24 ədəd eyniadlı bitkinin kökləri və 6,89 qram ağacın dibinə sərilmiş qurudulmuş marixuana aşkar edilib. Eləcə də onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

M.Puçaxov və onun ailə üzvləri şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi