Balakəndə narkotik becərən şəxs saxlanılıb
Hadisə
- 21 mart, 2021
- 06:55
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb.
Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90 sm-dən 120 sm-dək olan çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni yanvar ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
19:52
Azərbaycanlı avarçəkən Nurlan Paşayev Avropa çempionatında iştirak edəcək
Fərdi19:51
ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir
Digər ölkələr19:36
Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib
Hadisə19:29
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
Futbol19:26
Foto
Azərbaycan İspaniya bankı ilə investisiya layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Maliyyə19:19
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb
Region19:18
Foto
Şirin Mixaeli: Dağ yəhudiləri İsraildə hər zaman Azərbaycanın maraqlarını dəstəkləyəcəklər
Xarici siyasət19:00
Foto
"Ölümcül Miras" sənədli filminin ilk qapalı nümayişi baş tutub
Mədəniyyət18:55