Balakəndə kişi 21 yaşlı arvadını qətlə yetirib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 27-də Balakən rayon sakini, 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elton Layicov şübhəli şəxs qismində tutulub.
Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.
"Report"un əldə etdiyi məlumata görə, Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.
Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.