Balakəndə koronavirus xəstəsinə cinayət işi başlanılıb
Hadisə
- 20 oktyabr, 2021
- 05:51
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Qazma kənd sakini Anar Bodurovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.
Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarıblar.
A.Bodurov barəsində Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
06:49
Meksikada Uruapan merinin qətli ilə əlaqəli qruplaşmanın lideri saxlanılıb
Digər ölkələr06:30
Foto
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
Daxili siyasət06:22
Şükürbəyli sakini: İllərdir, bu günün həsrəti ilə yaşayırdıq
Daxili siyasət06:18
Keçmiş məcburi köçkün: Şəhidlərimizə borcumuzu ödəyə bilmərik
Daxili siyasət05:57
Filippində bərədə baş verən yanğında beş nəfər ölüb
Digər ölkələr05:24
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib
Digər ölkələr04:52
"CNBC": Trampın İranla müharibə fonunda neft şirkətlərinə yatırımları artıb
Digər ölkələr04:18
Rubio Nyu-Yorkda Rodriqes ilə görüşü istisna etməyib
Digər ölkələr03:59