Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb
Hadisə
- 29 may, 2023
- 06:09
Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb.
O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"a bildirib ki M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
"Onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır", - M.Məsimov vurğulayıb.
Son xəbərlər
05:49
Səudiyyə Ərəbistanı kompaniyası "Lukoyl"un aktivlərini almaq niyyətindədir
Energetika05:25
Argentina parlamentində cinayət məsuliyyətinin yaş həddinin 14-ə endirilməsi təsdiqlənib
Digər ölkələr04:53
Rubio Münhendə Zelenski ilə görüşməyi planlaşdırır
Digər ölkələr04:26
Venesuela "Chevron" və "Repsol"un istifadəsinə yeni neft sahələri verəcək
Digər ölkələr03:56
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr03:21
Norveçlə Fransa Ukraynaya 700 milyon dollardan çox hərbi yardım ayıracaq
Digər ölkələr02:51
"Atletiko" İspaniya Kubokunun yarımfinalında "Barselona"nı darmadağın edib
Futbol02:39
Foto
Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib
Xarici siyasət02:13