Yuxarı

Balakəndə itkin düşən 30 yaşlı oğlan tapılıb - FOTO

O, 8 gün ərzində Bakıda küçələrdə yatıb

Bakı. 25 mart . REPORT.AZ/ Balakən rayonunda itkin düşən 30 yaşlı oğlan tapılıb. Rayonun Qullar kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Qurban oğlu Xipiyev martın 24-də axşam saatlarında evinə qayıdıb.

Bu barədə "Report"a itkin düşən gəncin özü məlumat verib. O bildirib ki, martın 16-da axşam saatlarında evdən çıxıb: "Taksi ilə Zaqatala rayonuna getdim. Üzərimdə pul olmadığı üçün iki qızıl dişimi orada 23 manata satdım. Zaqataladan avtobusla Bakıya yollandım. Getməyimin məqsədi iş axtarmaq idi. Bir həftə ərzində hara getdimsə, iş vermədilər, məni qovdular. Üzərimdə pulum olmadığı üçün yeməyə də bir şey tapmırdım. Ac qalmamaq üçün kimdənsə artıq qalan dönər və yaxud da peraşkiləri yeyirdim. İki gün öncə 20 Yanvar dairəsi ətrafında hətta 7-8 nəfər mənə sataşaraq döydülər. Qalmağa yerim olmadığı üçün, gecələr zibilliklərdə yatırdım. Dünən Əli adlı balakənli avtobus şoferi mənə yaxınlaşdı və "Səni efir vasitəsilə axtarırlar" deyə bildirdi. Daha sonra taksi ilə Balakənə yola saldı".

Qeyd edək ki, Elşən Xipiyev martın 16-da evdən gedib. Xipiyevi tapa bilməyən ailə üzləri televiziya və polis vasitəsilə onu axtarışa veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi