Balakəndə istixanada narkotik yetişdirən keçmiş məhkum saxlanıldı

Balakəndə istixanada narkotik yetişdirən keçmiş məhkum saxlanıldı Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib
Hadisə
12 Aprel , 2021 12:12
Balakəndə istixanada narkotik yetişdirən keçmiş məhkum saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qullar kənd sakini, əvvəllər məhkum olunmuş Ələsgər Alqayev saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən 44 ədəd çətənə bitkisinin şitilləri və həmin narkotik vasitənin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi