Balakəndə fərdi evi ildırım vurub, otaqlar dağılıb, divar deşilib
Hadisə
- 14 iyun, 2024
- 16:09
Balakən rayonunda fərdi evi ildırım vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.
Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb.
Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.
Son xəbərlər
11:43
Təqaüdçüləri kömək etmək adı ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə11:41
Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Biznes11:38
Fuad Nağıyev: "Azərbaycan təkcə turistlər üçün deyil, investorlar üçün də cəlbedici ölkə olmalıdır"
Turizm11:36
SOCAR istismardan çıxarılmış quyuların konservasiyası üzrə layihə həyata keçirir
Energetika11:28
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı görülən işlər açıqlanıb
İnfrastruktur11:24
Anar Quliyev: "Bakı Ağ Şəhər" layihəsi investisiya üçün yeni imkanlar yaradır"
İnfrastruktur11:24
Fuad Nağıyev: "Ötən il turizm fəliyyəti ilə bağlı əlavə dəyər 7 milyard manata yaxın olub"
Turizm11:22
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına həyata keçirəcək
Energetika11:21