Yuxarı

Balakəndə evlərdən və mağazadan oğurluq edən iki dəstə saxlanılıb - FOTO

Təqsirləndirilən şəxslərin rayon ərazisində baş verən digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Bakı. 18 aprel. REPORT.AZ/ Balakəndə rayon sakinlərinin evlərinə və mağazalara qənim kəsilən iki oğru dəstəsinin üzvləri saxlanılıb.

"Report" xəbər verir ki, rayon sakini Zülfüqar Paşa oğlu Vəliyev Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək  Balakən şəhər Mübariz İbrahimov küçəsi 21 saylı ünvanında qızına məxsus evdən oğurluq hadisəsinin baş verdiyini və 1200 manat dəyərində əşyaların oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq hadisəsini Balakən şəhər sakini Abdul İlham oğlu Aslanov və başqa şəxs törədib. Abdul Aslanov oğurladığı məişət əşyalarını istintaqa təhvil verib.

Saxlanılan şəxsin ətrafında keçirilmiş istintaq hərəkətləri nəticəsində onun başqa şəxslə Balakən şəhəri Daanov küçəsi 9 ünvanında da yerləşən mağazanın damını sındıraraq 700 manat dəyərində ərzaq malları oğurlamaları da məlum olub.

Balakən polisinə daxil olan digər məlumatla rayon ərazisində mağazadan oğurluq edən iki nəfər də saxlanılıb. Rayonun Qazma kənd sakini Ayşə Həmzət qızı Balagözova polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq edildiyini bildirib. Aparılmış istintaq əməliyyat axtarışları nəticəsində müəyyən edilib ki, oğurluq hadisəsini Balakən sakinləri 21 yaşlı Nail Cəmil oğlu Musayev və 20 yaşlı Tofiq Kamil oğlu Hacıyev törədil.

Hər iki şəxs saxlanılıb və oğurladıqları əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin rayon ərazisində baş vermiş digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi