Balakəndə çay evinin icarədarı və müştəriləri cərimələnib
- 31 yanvar, 2022
- 06:49
Balakəndə çay evinin icarədarı və müştəriləri cərimələnib.
Bu barədə "Report"a Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı şəhər ərazisində yerləşən “Buta” adlı çay evinin karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektə baxış zamanı icarədar Məhəmməd Tağıyevin kafedə olan müştərilərə xidmət göstərdiyi məlum olub. Onunla profilaktik söhbət aparılıb və qaydalara riayət etməsinin vacibliyi diqqətinə çatdırılıb.
M.Tağıyev və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq cərimələniblər.