Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib.
Hadisə
17 Aprel , 2022 20:45
Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, avtomobillərdən atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd təşkil olunub.

Keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.

Yoxlamalar zamanı atmosferə normadan artıq tullantı ixrac edən avtomobillər aşkarlanıb və onların sürücüləri barəsində inzibati protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi