Balakəndə atmosferi çirkləndirən avtomobil sürücüləri cərimələnib

Balakəndə atmosferi çirkləndirən avtomobil sürücüləri cərimələnib Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində reyd təşkil olunub.
Hadisə
22 Fevral , 2022 20:46
Balakəndə atmosferi çirkləndirən avtomobil sürücüləri cərimələnib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində reyd təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.

Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb. Onların barələrində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi