Balakəndə ağır yol qəzasında gəncin beli sınıb

Balakəndə ağır yol qəzasında gəncin beli sınıb Balakən rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Avqust , 2022 02:16
Balakəndə ağır yol qəzasında gəncin beli sınıb

Balakən rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı 2001-ci il təvəllüdlü Rəhimov Müseyib Həbib oğlu müxtəlif xəsarətlər alıb.

Yaralının vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sol diz qapağının açıq yerdəyişən, bel fəqərəsinin sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi