Balakən. 9 noyabr. REPORT.AZ/ Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 17:00 radələrində rayonun Hənifə kənd sakini, 1963-cü il təvəllüdlü Həmzət Əsəbəli oğlu Abdullayev bıçaqlanma xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanadan “Report”a bildirilib ki, H.Abdullayevə döş qəfəsinin sol payının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti diaqnozu qoyulub. H.Abdullayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. H.Abdullayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
H.Abdullayev özündən 15 yaş böyük qardaşı, 1948-ci il təvəllüdlü Ramazan Abdullayev tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Tovuz sakini yeznəsini bıçaqlayıb.