Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb - YENİLƏNİB Balakən. 1 yanvar. REPORT.AZ/ Balakən rayonunda yol-nqəliyyat hadisəsi zamanı dünyasını dəyişən azyaşlı qızın şəxsiyyəti məlum olub.
Hadisə
1 Yanvar , 2019 00:53
Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Balakən. 1 yanvar. REPORT.AZ/ Balakən rayonunda yol-nqəliyyat hadisəsi zamanı dünyasını dəyişən azyaşlı qızın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub.

Hadisə yerində dünyasını dəyişən 7 yaşlı Z.İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.


*** 22:49

Balakən. 31 yanvar. REPORT.AZ / Balakən rayonunda azyaşlı uşağı avtomobil vuraraq öldürüb. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib. 

Belə ki, azyaşlı qız uşağı yolu keçmək istəyərkəın naməlum avtomobil tərəfindən vurulub. Onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi