Yuxarı
    Bağlamaq

    Balakəndə 4 beton elektrik dirəyi magistral yola aşıb, elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb

    Hazırda bərpa işləri davam edir

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın şimal bölgəsində güclü küləklə müşahidə olunan yağışlı, qeyri-sabit hava şəraiti nəticəsində Balakən rayonunda 4 beton elektrik dirəyi magistral yola aşıb. "Report"un xəbərinə görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisində baş verib

    Balakən elektrik şəbəkəsindən "Report"a verilən məlumata görə, həmin ərazidə hazırda bərpa işləri görülür. Həmin dayaqlar təqribən bir ay öncə basdırılıb.
    Aşan dayaqlardan başqa 10-a yaxın dayaq da qəzalı vəziyyətə düşüb. Elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Hazırda bərpa işləri davam edir.

    Hazırda şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir, güclü yağış yağır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi