Balakəndə avtomobil 36 yaşlı piyadanı vuraraq xəsarət yetirdi

Balakəndə avtomobil 36 yaşlı piyadanı vuraraq xəsarət yetirdi Balakən rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Sentyabr , 2020 06:44
Balakəndə avtomobil 36 yaşlı piyadanı vuraraq xəsarət yetirdi

Balakən rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Talalar kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Əsəbəli Bəxtiyar oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Ə.Əhmədova kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi